Sürünənlər sinfi, pulcuqlular dəstəsi, yatağanlar fəsiləsindən ilan.
Uzunluğu 6-7 m, bəzən 9 m olur. Rəngi zeytunu-bozdur. Braziliya və Qviananın çay, göl və bataqlıqlarının sahillərində yaşayır. Yaxşı üzür, quraqlıq dövründə lilə girib gizlənir. Balıq, quş və məməli ilə qidalanır. Adətən, balalayır, bəzən də yumurta qoyur. Dərisi, əti və yağına görə ovlanır.
Biologiya terminlərinin izahlı lüğəti