Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

antilop

Məməlilər sinfi, cütdırnaqlılar dəstəsi nümayəndəsi.

A.-lar Avropa, Asiya və Afrikada hələ 5 milyon il bundan əvvəl yaşayıb. Hazırda yalnız Afrikada, Cənubi Asiyada rast gəlinir. Ən böyüyü kannadır və öküzə oxşayır. Böyük antilopların bədəninin uzunluğu 3-4 m-ə, quyruğu 90 sm-ə, çəkisi isə 900 kq-a qədər çatır.

Biologiya terminlərinin izahlı lüğəti