Kompüter sistemlərini viruslardan mühafizə etmək üçün xüsusi proqram təminatları.
Onlardan virus proqramlarını aşkarlamaq və ləğv etmək məqsədilə istifadə olunur. A.P. funksiyalarından asılı olaraq müxtəlif tiplərə bölünür: proqram-həkimlər virusları tapır və zərərsizləşdirir, mühafizəçi proqramlar kompüterin yaddaş sistemini qoruyur, detektor proqramlar – yalnız onlara məlum olan virusları aşkarlayır, revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyətini müqayisə edir və s.
Jurnalistika terminləri lüğəti