yun. anthropos – insan + morphe – növ, forma
Şifahi və yazılı ədəbiyyatda insana xas keyfiyyətlərin digər canlı və cansız varlıqlara aid edilməsi, yaxud ilahi varlığın insan surətində təsviri.
A. ibtidai insan təfəkkürü, xüsusilə mifologiya üçün çox səciyyəvidir. Allahın insan surətində təsəvvür və təsviri də A.-in təzahürü idi. İslam aləmində Allahın insan simasında təcəssüm (təcəlla) etdiyini fəlsəfi cəhətdən əsaslandıran hürufilik təriqətində də A.-in izləri görünür. Azərbaycan ədəbiyyatında A.-ə nümunə olaraq İsmayıl Şıxlının xalq əfsanələri əsasında yaratdığı “Məni itirməyin”, “Zınqırovu kim asacaq”, “Sapı özümüzdən” hekayələrini göstərmək olar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti