Reklam
Reklam

Tarix terminləri lüğəti

aqlomerasiya

lat. agglomeratio – birləşmə, toplanma

İqtisadi və mədəni əlaqələrin intensiv inkişafı nəticəsində bir-birinə yaxın yaşayış məntəqələrinin iri şəhər (şəhərlər) ətrafında daha da sıxlaşması, toplaşması.

Monosentrik (əsasən, bir şəhər ətrafında toplanmış) və polisentrik (bir neçə böyük şəhər ətrafında toplaşmış) A. tipləri var. Avropa və Şimali Amerikada A.-lar hələ XIX əsrin ortalarında formalaşıb. XX əsrin sonu – XXI əsrin əvvəllərində A.-ların formalaşması prosesi daha çox inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Latın Amerikasında, Çində və Hindistanda müşahidə olunur. Dünyanın ən böyük A.-sı Tokio ətrafında formalaşıb və burada əhalinin sayı 34–35 milyona çatır.

Tarix terminləri lüğəti