lat. arapaima gigas
Sümükdillilər yarımdəstəsindən şirin su balığı.
Amozon hövzəsində yaşayır. Uzunluğu 4 m-ə, çəkisi 200 kq-a qədərdir. Balıq və onurğasızlarla qidalanır. Üzmə qovuğu və qəlsəməüstü tənəffüs orqanı var. İri kürü tökür. Nəsil qayğısına qalır. Vətəgə əhəmiyyətli olub, qiymətli ov balığıdır.
Biologiya terminlərinin izahlı lüğəti