Maks Fasmerə görə, arağı ilk dəfə qıpçaqlar hazırlamış və ona araka adını vermişlər. Mütəxəssislər araq sözünü, bir qayda olaraq, ərəb mənşəli hesab edir, amma məsələnin mübahisəli olduğunu xatırlatmağı da unutmurlar. Sözün türk mənşəli olması daha inandırıcıdır, çünki indi də bizdə arat kəlməsi işlədilir: “sulanmış şum” anlamını verir (arata qoymaq, aratı qaçmaq kimi ifadələr də mövcuddur). Araq sözünün qədim mənası “su” deməkdir. Rus dilindəki орошать, роса sözləri də bizim arat, araq sözləri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti