ar(e)zu müasir Azərbaycan dilində istək, niyyət mənasındadır.
Mənbələrdə Arzu Ütaridin (planet) türkcə adı kimi (latınca Mеrkuri) də göstərilir. Bir sıra türk xalqlarının məişətində hələ orta əsrlərdə mövcud olmuş Arzu şəxs adı sonradan nədənsə unudulmuşdur. Arzu şəxs adı XX əsrin 50-ci illərindən yenidən məişətimizə daxil olmuşdur və bu günə kimi də dəbdən düşməyən adlar sırasındadır. Keçən əsrin 80-ci illərinə qədər Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Arzu adı qoyulan oğlanlarla qızların sayı təxminən bərabər olmuşdur. Lakin son iyirmi beş-otuz ildə ad daha çox qız övladlara verilmişdir. Bu gün artıq Arzu adlı oğlanların yaşı otuzdan yuxarıdır desək, yəqin ki, yanılmarıq.
Azərbaycan şəxs adlarının izahlı lüğəti