müstəqil, eləcə də mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş Ata adına sı şəkilçisinin (III şəxs məns.) qoşulması ilə əmələ gəlmiş şəxs adıdır.
Nəzərə almalıyıq ki, atası sözündəki sonluq xalq arasında əsasən əzizləmə, oxşama mənasında babası, balası, nanasi, atası, xalası və s. sözlərində rast gəldiyimiz -sı4 şəkilçisidir. Ehtimal ki, erkən dövrlərdə, hələ yaş kağızı tətbiq edilməyən zamanlarda atasının adı verilmiş bir övlada atası deyə müraciət edilmiş, çağırılmış, sonradan Atası müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün Atası Azərbaycan antroponimikasında artıq köhnəlmiş şəxs adları sırasında olsa da, təsadüfi hallarda hələ də rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti