Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ATATÜRK

Məlum olduğu kimi, müasir Türkiyənin formalaşmasında bir çox islahatlar aparmış, görkəmli dövlət xadimi, marşal, Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün (digər adı Kamal Atatürk, 1881–1938) adındandır.

AMEA Dilçilik İnstitutunun Terminologiya şöbəsinin verdiyi məlumata görə, 1991-ci ildən 2013-cü ilin I yarısına qədər on səkkiz nəfərə qoyulan Atatürk adı Mustafa Kamal Atatürkə olan hörmət və məhəbbətin nəticəsidir. Məlum olduğu kimi, Azərbaycanda əcnəbi və ictimaiyyət tərəfindən anlaşılmayan, tarixdə xüsusi xidmətləri olmuş görkəmli şəxsiyyətlərin soyadının dünyaya gələn körpələrə ad olaraq verilməsinə qadağa qoyulması ilə bağlı qanun hazırlanır. Atatürk kişi adı da bu sıradan olan adlardandır. Atatürk bütün türk dünyasında ən çox hörmət edilən və sevilən şəxsiyyətlərdəndir. Bu ad yalnız ona məxsus olmalıdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti