ing. attribution – xüsusiyyət
Anonim və ya gizli imza ilə çap olunmuş əsərin müəllifinin, yaranma tarixinin və yerinin müəyyənləşdirilməsi.
A. mətnşünaslığın əsas fəaliyyət istiqamətlərindən və vəzifələrindən biridir. Bu cür araşdırmalar məktublar, əlyazma nüsxələri, arxiv, senzura, nəşriyyat, redaksiya materialları və digər məxəzlər əsasında aparılır. Yazıçının üslubu üçün səciyyəvi olan xüsusiyyətlər tədqiq olunub üzə çıxarılır. Müəllifi düzgün müəyyən etmək üçün kompleks tədqiqat üsulları tətbiq olunur. Məsələn, XX əsrin 20–40-cı illərində Qurban Səid imzası ilə bir çox əsərlər yaratmış yazıçının kimliyini müəyyənləşdirmək üçün tədqiqatçılar xeyli elmi-tarixi araşdırma üsullarından istifadə ediblər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti