Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

audiovizual media

Audiovizual informa­siya istehsal edən və yayan kütləvi kommunikasiya vasitələri.

A.M.-ya ənənəvi efir televiziyası və radiosu ilə yanaşı, kabel televiziyası, peyk televiziyası, vide­ostu­diyalar və s. daxildir. Mahiyyət etibarilə onlayn media da audiovizualdır. Media baza­rının ən böyük seqmentini təşkil edən A.M.-nın inkişafı və fəaliyyəti bey­nəlxalq qurumların daim diqqət mərkə­zində sax­ladığı məsələlərdəndir. Av­ro­pa İttifa­qı­nın «Sərhədsiz televiziya» direktivi (1989, 1997), Avropa Komis­siya­sının 1991-ci il­dən milyardlarla vəsait xərc­lədiyi MEDİA (audio­vizual industriyanın inkişafına dəs­tək) proqramı, Avropa Şura­sı və Avropa Parlamentinin 2000-ci illərdə qəbul et­dikləri bir sıra qərar və tövsiyələr buna sübutdur.

See also:

Jurnalistika terminləri lüğəti