►Son dərəcə sahmansız, lazımsız əşyalar yığılmış, illərlə əl dəyilməyən, təmizlənməsi çox güc tələb edən pinti, zir-zibilli yer haqqında işlədilən ifadə.
İfadə qədim yunan mifologiyasından qaynaqlanmışdır.
İlk dəfə e.ə. I əsrdə yunan tarixçisi Siciliyalı Diodorda rast gəlinən əsatirdə göstərilir ki, Qədim Yunanıstan çarı Edip Avgi at həvəskarı imiş. Onun tövləsində üç min at varmış, lakin bu atların saxlandığı tövlə 30 il idi ki, təmizlənmirdi və ona görə də peyin hətta tövlənin damına kimi qalxmışdı.
Çar Avgi əfsanəvi qəhrəman, nəhəng Herakla tövləni təmizləməyi tapşırdı, çünki bilirdi ki, bu işi ondan başqa heç kim bacarmaz. Herakl isə təkcə fiziki cəhətdən güclü, görünüşcə nəhəng deyildi, həm də ağıllı və tədbirli idi. O, Alfey çayının istiqamətini dəyişib suyu tövləyə tərəf yönəltdi. Güclü su axını bir gün ərzində tövlənin bütün zir-zibilini təmizlədi.
Beləliklə, «Avgi tövləsi» frazeologiyası yarandı və uzun illərdir ki, dünya dillərində «zibilli, natəmiz, baxılmayan pinti yer» mənasında uğurla işlənir.
Məsəllər, deyimlər