Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ayar1

Borçalı

Ürəyiaçıq, gülərüzlü. □ Mənim ayar adama xoşum var.

ayar2

Cəbrayıl, Oğuz

Tez seçən, müəyyənləşdirən. □ Sə:n gözün ayardı, bı neçə kilov olar? (Cəbrayıl).

ayar3

Şəki

Məhsuldar. □ Qurda yaxşı baxıllar, doydurullar, onda ayar olur.

Azərbaycan dilinin dialektoloji lüğəti