Bu sözü bəzən ayırmaq məsdəri zəminində şərh edirlər. Guya nehrə çalxalayanda yağ və ayran bir-birindən ayrıldığı üçün ona məhz “ayran” demişlər. M.Kaşğarinin “Lüğət”ində söz ayran kimi yox, acırğan kimi yazılmışdır. Acırğan isə acı (turş) kəlməsi ilə bağlıdır. Deməli, ayran sözü etimoloji baxımdan “turş” mənasını verən acı sözündən əmələ gəlib. Dədə Qorqud doyran deməməklə haqlı idi, çünki ayran doyuran yox, “turş” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti