Reklam
Reklam

Məsəllər, deyimlər

AZAR-BEZARA TUTULMAQ

►Xəstəlikdən əziyyət çəkmək, narahatlıq keçirmək, yorğan-döşəyə düşmək.

İfadənin qədim türk ədəbi abidələrindən qaynaqlandığı güman edilir.

Prof. M.Adilova görə, buradakı ikinci komponentin bəzən fars dilinә mәxsus «bizar»la eynilәşdirilməsi sәhv yanaşmadır. Әvvәla, heç yerdә bu söz һәmin tәrkib daxilindә «bizar» şәklində işlәdilmir. İkincisi, bizar// //bezar sözü azarla leksik cәһәtdәn әsla yaxın deyildir.

Qәdim türk dilində işlәnən «asura» sözü şeytan, iblis anlamında olub qәdim һind dilinә mәxsus Asura (Aһura Mәzda tәrkibindә bu söz var) sözündәndir. Nәzәrә almaq lazımdır ki, Azar vә Pezer//Pәzәr qәdim türk әsatiri personajlarıdır. Ehtimal ki, türk-monqol әsatiri obrazları olan Azar (Asar, Kazar) vә Pәzәr (Pasar, Pazar, Bizer, Bezer, Usar) adları hind-İran allaһlarının Asura//Aһura vә Mizra//Mitra adından meydana gәlmişdir. Asuradan Asar, Mizradan Pazar//Bezer törәmişdir. Qәdim hind әsatirlәrindә asurlar Allahın düşmәnlәri olub onunla uzun müddәt mübarizə aparmış, nәһayәt, mәğlub olmuşlar.

E.ә. V әsrlә eramızın V әsri arasındakı müddәtdә türk vә İran xalqları arasında әlaqә yaranır və bu dövrdәn Ahura Mәzda adı türk xalqlarının dillәrindә Hörmüzd, Örmüzd, Hörmüz vә s. şәkillәrdә işlәdilir. «Azar-bezar» isә «pis, mәnfi, әziyyәt verәn qüvvә» mәnasını hifz etmәkdәdir.

Klassik sanskritdә iblis mәnası verәn asura tәdricәn azar şәkli almışdır. Bu sözün canlı varlığı bildirdiyi bir sıra ifadəlәrdәn dә mәlum olur: «azar yapışıb yaxamdan», «azar tutmaq» (müqayisə et: «cin tutmaq», «yel tutmaq» – yelin dә ilaһi varlıq kimi anlaşıldığı mәlumdur).

Zaman keçdikcə ifadə «şər qüvvələrlə üz-üzə gəlmək» mənasını dəyişərək «naxoşlamaq, xəstəliyə yoluxmaq, xəstəlikdən əziyyət çəkmək» anlamında işlənməyə başlamışdır.

Məsəllər, deyimlər