Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AZAY azərb.

azalmaq feilinin kökündəndir.

Adətən lüğətlərdə Azay şəxs adının azalan, əskilən, həmçinin az, az olan, nadir tapılan mənalarını ifadə etməsi barədə izahlara rast gəlinir.

Dilçilikdə etnonim olması barədə də məlumatlara rast gəlinir. Mənbələrdə Aza, Azak, Azay şəxs adlarının apelyativini təşkil edən, bu gün arxaikləşmiş az sözünün igid, qəhrəman mənasını ifadə etməsi barədə məlumatlar mövcuddur. Ən qədim mənbələrdə də az sözünün yalnız şəxs adı kimi işlənməsi ilə bağlı mülahizələrə rast gəlinir. Əgər bu baxımdan yanaşsaq, onda igid mənasını ifadə edən az vahidi əsasında yaranmış şəxs adından etnonimə keçid olduğunu söyləmək mümkündür. Bu gün məişətimizdə Azay nadir kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti