Gəncə, Qazax, Şuşa, Tərtər
Müalicə məqsədilə xəstənin kürəklərinə qoyulan banka, stəkan, küpə. □ Söyuxdəymənin birimci dərmanı badkeşdi (Gəncə); Gejə arvad badkeş salmaseydi kürə:mə, işim xarabıdı (Tərtər).
Şahbuz
Həcəmət, xəstədən qan almaq üçün buynuzdan hazırlanan alət. □ Badkeş qanı zəli kimi sümürür.
Qazax
Divarda daşların və ya kərpiclərin arasına vurulan suvaq. □ Öyə badkeş vurdurajam.
Azərbaycan dilinin dialektoloji lüğəti