bahar (əslində bahar) sözü yaz fəsli, yaz mənasındadır. Məcazi mənada ömrün gənclik çağı, cavanlıq anlamındadır.
Tarixi mənbələrdən belə bir məlumat da əldə edilir ki, Bahar/Baharlı etnonimdir, qədim türk tayfasının adı əsasında formalaşmışdır. Bahar antroponiminin tayfa adı ilə əlaqədar olması daha inandırıcı görünür. Lakin Azərbaycanda övladına bu adı verən valideynlər əsasən sözün yaz fəsli, ömrün yazı mənasını əsas götürürlər. Bir vaxtlar məişətimizdə müştərək şəxs adlarından olsa da, bu gün yalnız qadın adları sırasındadır. Adın məşhur daşıyıcılarından biri də Bahar Şirvanidir (18351883). XIX əsrdə Azərbaycan ədəbiyyatında lirik şeirin həyatiliyə, ictimailiyə doğru inkişafı, bədii forma baxımından zənginləşməsi əsrin 6070ci illərində yazıbyaradan Şirvan şairlərinin ustadı və müəllimi Bahar Şirvaninin adı ilə bağlıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti