Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAKİŞİ azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala kiçi adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balakişi (bax: ad – BALA; KİŞİ) şəxs adındakı kişi sözü daha çox xüsusiyyət ifadə edir, kiçiklikdən kişi kimi özünü aparan, əsl kişi misallı olan (şəxs) anlamını ifadə edir. Adın daşıyıcılarından əlli il rus ordusunda nümunəvi xidmət edən generalleytenant Balakişi Ərəblinski (18281902) çox gənc yaşlarında, podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan generalleytenant Balakişi Ərəblinski xidmət dövründə o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. Hələ 18481849cu illərdə Vilaqoş qalası uğrunda gedən ağır döyüşlərdə kapitan Ərəblinski də mərdliklə vuruşaraq “Birinci dərəcəli müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur. Rusiya–Türkiyə müharibəsində (18771878) göstərdiyi qeyriadi igidliyə və əvəzsiz komandirlik fəaliyyətinə görə həmyerlimiz Balakişi Ərəblinski generalmayor rütbəsinə layiq görülmüşdü.

Azərbaycan şəxs adlarının izahlı lüğəti