Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAŞ azərb.

Bala... ilə başlayan kişi adlarının (məsələn, Bala, Balağa, Baləmi, Balaqardaş və s.) əzizləmə, oxşama formasıdır.

Məlum olduğu kimi, Azərbaycan antroponimikasında ç sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Alış, Ataş, Nənəş və s. Balaş adı da, ehtimal ki, bu yolla yaranmışdır. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmiş, məişətimizdə geniş yayılmışdır. Görkəmli dramaturqumuz C.Cabbarlının məşhur “Sevil” əsərindən sonra Balaş kişi adı məişətimizdə azalmışdır. Bu gün valideynlər öz oğlan övladlarına bu adı, demək olar ki, vermirlər, başqa sözlə, artıq unudulmuş şəxs adlarındandır. Rus dilinə də keçmiş şəxs adlarımızdandır. Bu gün ruslarda Balaş kişi adı, həmçinin Balaşov soyadı mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti