Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALASI azərb.

Bala... ilə başlayan adların oxşama və kiçiltmə formasıdır. Bala sözünə (III şəxs məns. ş.) əlavə edilməsi ilə əmələ gəlmiş addır.

Əslində heç tam aydın olmur ki, bala sözünə hissəciyinin əlavə edilməsi ilə yaranan ad dəqiq nəyi isə ifadə edir. Ehtimal ki, xalq arasında əzizləmə, oxşama mənasında ağası, babası, xalası, nanasi, dadasi kimi işlədilən sözlərdəki hissəciyi bala sözünə də qoşulmuşdur. Qeyd etmək lazımdır ki, məişətimizdəkiçik yaşlı uşaqlara müraciət edərkən yumşaqlıq gətirmək məqsədilə işlədilən belə müraciətləri teztez eşitmək olur: Balası, mana bir qalam versana. Balası, yoruldun, bir az da dincal və s. Erkən dövrlərdə, hələ yaş kağızı tətbiq edilməyən zamanlarda kimə isə hər hansı bir münasibətlə balası deyə müraciət edilmiş, çağırılmış, sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Balası bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti