Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

baldır

Aşağı ətrafın bud ilə ayaq pəncəsi arasındakı hissəsi.

Qamış və incik sümüklərindən ibarətdir. Bu sümüklərin yuxarı və aşağı ucları bir-birinə bağlarla birləşmişdir. B. əzələləri 3 qrupa bölünür: ayaqları və barmaqları açan ön əzələ, ayağı, barmaqları və baldırı bükən arxa əzələ və ayağı bükən və yanlara hərəkət etdirən bayır əzələ. B. əzələləri qamış və incik sinirləri ilə innervasiya (sinirləndirilmə) olunmuşdur.

Biologiya terminlərinin izahlı lüğəti