1. Dəmir yolunda şpal və ya plitələrə düşən təzyiqi azaltmaq, ağırlığı paylamaq, şpalları bərkitmək üçün torpaq layının üzərinə səpilmiş qumlu çınqıl, balıqqulağı təbəqəsi. □ Ballast qurmaq.
2. Gəmilərdə dalğa zərbəsinə davamlılığı təmin edən, müvazinəti saxlamaq üçün istifadə olunan yük (su, dəmir, daş və s.), həmçinin təyyarənin uçuşunu idarə etmək üçün saxlanılan xüsusi yük. □ Ballast müqaviməti.
Azərbaycan dilinin izahlı lüğəti