bambusoideae
Taxıllara aid yarımfəsilə.
Gövdələri oduncaqlaşmış kökümsovlu çoxillik bitkilərdir. Hündürlüyü 40 m-dən artıq, diametri 30 sm-ə yaxın olur. Yarpaqları qınlı və qısa saplaqlı, çiçəkləri 6 erkəkciklidir. Hər il və fasilələrlə çiçəkləyən növləri vardır. B.-ə 50 cinsi əhatə edən 600 növ aiddir. Qafqazın Qara dəniz sahilində becərilir.
Biologiya terminlərinin izahlı lüğəti