Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ban1 [ban] isim

1. Arabanın təkərlərindən yuxarı olan hissəsi, qutusu, gövdəsi. □ Araba banı. Araba cırıldamaqdan, ban cırıldayır. (Atalar sözü)
2. Heyvanı qoşmaq üçün, arabanın qabağında olan ağac; yan dişlə.
3. Evin damı ilə tavanı arasında olan hissə.
4. Tüstü çıxmaq, təmiz hava gəlmək və işıq düşmək üçün keçmişdə kənd evlərinin damında açılan baca, dəlik.

ban2 [ban] isim

Xoruz səsi, xoruz banlaması. □ Səhər tezdən ban səsinə ayıldım. Xoruz ban verəndə gəl; Sinəm qan verəndə gəl; Sağlığımda gəlmədin; Barı can verəndə gəl. (Bayatı)

ban3 [ban] isim ərəb

1. Misir söyüd ağacı.
2. Məcazi mənada: ucaboylu, qamətli; biçimli.

Azərbaycan dilinin izahlı lüğəti