Reklam
Reklam

Tarix terminləri lüğəti

banan respublikası

ing. Banana republic, isp. Republica bananere

Siyasi qeyri-sabitliyin hökm sürdüyü, iqtisadi cəhətdən isə məhdud sayda kənd təsərrüfatı məhsullarının ixracından asılı Latın Amerikası ölkələrinə aid edilən termin.

Daha dar mənada B.R. termini banan və digər ərzaq məhsullarının istehsalçısı olan ABŞ-ın “Chiquita Brands International” (keçmiş – “United Fruit Company”) şirkətindən asılı vəziyyətə düşmüş Mərkəzi Amerika ölkələrinə münasibətdə işlədilib. Həmin region ölkələrinin siyasətinə və iqtisadiyyatına güclü təsir imkanlarına malik şirkət onlara qarşı çoxsaylı hərbi müdaxilələrin təşkilində və burada dövlət çevrilişlərinin həyata keçirilməsində bilavasitə iştirak edib. Ən müasir anlamda isə B.R. ifadəsi xarici qüvvələrdən asılı, rüşvətxor hökumətlərə, habelə dağıdılmış iqtisadiyyata, böyük həcmdə xarici borclara malik olan və əhalisinin əksəriyyəti yoxsulluq vəziyyətində yaşayan ölkələrə münasibətdə işlədilir.

Tarix terminləri lüğəti