Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

baqqal

ərəb. bəqqal

Keçmişdə ərzaq malları satan dükançı. Rus dilində бакалейная sözü buradandır. (“Koroğlu” dastanının lüğəti)

Düyünü baqqaldan alıb tökdü torbaya. (“Koroğlunun Qars səfəri”)

*

Almaçı şam üçün yağ-düyü alanda baqqala dedi, yaxşısından, Koroğluya layiq olandan ver. (Paris nüsxəsi, 8-ci məclis)

Azərbaycan dastanlarının leksikası