yun. barbaros – qeyri-yunan, yadelli
1. Qədim yunanların, sonra isə romalıların dil və mədəniyyətcə onlara yabançı olan bütün tayfa və xalqlara verdikləri ad.
Eramızın başlanğıcında ən çox german tayfalarını B. adlandırıblar. Sonrakı dönəmlərdə keltlər, skiflər, sarmatlar, slavyanlar və s. tayfalar da tarixi qaynaqlarda B. adlandırılıb. Yeni dövrün tarixi ədəbiyyatında B. termini Roma imperiyasının hüdudlarına soxularaq onun ərazisində müstəqil krallıqlar yaradan xalqlar haqqında işlədilib.
2. Qaba, qəddar, azğın, vəhşiləşmiş insan.
See also:
Tarix terminləri lüğəti