Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

barter

fr. barater – dəyişmək

Göstərilən xidmətin və ya alınan malın əvəzinin başqa xidmətlə, yaxud malla ödənilməsi.

B. əmə­liyyatlarında ödəmə vasitəsi kimi puldan istifadə edilmir. Odur ki ölkədə pul kütləsinin çatışmadığı şəraitdə, iqtisadi böh­ran dövrlərində B.-ə üstünlük verilir. KİV-in reklam fəaliyyətində, əsasən, rek­lam sifarişçilərinin təşəbbüsü ilə B. mü­qavilələrinə çox rast gəlinir: belə hallarda sifarişçi reklamın haqqını istehsal etdiyi məh­sul və ya xidmətlə ödəyir.

Jurnalistika terminləri lüğəti