Müəssisəyə, quruma cari rəhbərliyi həyata keçirən məsul şəxs. B.D. rəhbər orqan – təsisçi, direktorlar şurası (müşahidə şurası) qarşısında hesabat verir.
Teleradio kompaniyalarında B.D. təşkilatda ən yüksək səviyyədə qərarlar qəbul etmək səlahiyyətinə malik olur. (Bəzi teleradio şirkətlərində bu səlahiyyətlərə malik şəxsin vəzifəsi «prezident», yaxud «sədr» adlandırılır.) Özəl yayım xidmətlərindən fərqli olaraq ictimai yayım xidmətinin B.D.-unun seçilmə qaydası, səlahiyyətləri, vəzifələri detallı şəkildə qanunvericilikdə əksini tapır. Çap KİV strukturlarında isə B.D. və ya direktor, əsasən, texniki fəaliyyət sahələrinə görə məsuliyyət daşıyır. Qəzet-jurnallarda o, istehsalata və yayıma, texnoloji proseslərə rəhbərlik edir.
See also:
Jurnalistika terminləri lüğəti