basat sözü əzən, tapdalayan, öhdəsindən gələn, güc gələn, qalib olan, məğlubedilməz, zəfər çalan mənasındadır.
Türk xalqlarının igid, cəsur şəxslərin adlarını əbədi yaşatmaq məqsədilə övladlarına vermək ənənəsi burada da özünü göstərmişdir. “KitabiDədə Qorqud” dastanlarında Basat Daş Oğuz bəyinin adıdır. Aruzun kiçik oğlu, Qıyan Selciyin qardaşıdır. Təpəgözü öldürən qəhrəmandır. Eposun ”Basatın Təpəgözi öldürdügi boy”u Basatın adı ilə bağlıdır. Basat vasitəsilə Oğuzun Təpəgöz üzərindəki qələbəsi onun möhkəm bir xəlqi əsasa malik olduğunu, məğlubedilməz hesab edilən ən güclü düşmənə belə qalib gələ bilmək gücünü nümayiş etdirir. Türk xalqlarının mərdliyə, qəhrəmanlığa məhəbbəti Basat adının yayılmasına səbəb oldu.
Azərbaycan şəxs adlarının izahlı lüğəti