1. Üstdən sıxmaq, təzyiq etmək, ağırlıq vermək; sıxışdırmaq, itələmək. □ Qar basıb, ağacın budağını yatırdı.
2. Tapdalamaq, ayaqlamaq, basdalamaq. □ İlanın quyruğunu basmasan sancmaz. (Atalar sözü). İt itin ayağını basmaz. (Atalar sözü).
3. Altına alıb şikəst etmək, əzmək, ya öldürmək. □ Avtomobil adam basdı. Qatar inək basdı. At uşağı basıb.
4. Qalib gəlmək, məğlub etmək, ötmək, birinciliyi qazanmaq, üstün gəlmək. □ Düşməni basmaq. Qara məni basınca, mən qaranı basım. (Atalar sözü).
5. Soxmaq, tıxamaq, dürtmək, təpmək. □ Şeyləri çamadana basmaq. Pulu cibinə basmaq.
6. Qoymaq, keçirmək, geymək. □ Papağını başına basmaq.
7. Batırmaq, içinə salıb islatmaq. □ Gönü suya basmaq.
8. Bürümək, qaplamaq, əhatə etmək, qabağını tutmaq, görünməz hala salmaq, doldurmaq, yayılmaq. □ Dağları çən basıbdır. Ətrafı duman basıb, göz gözü görmür. Ölüm-itim olmasaydı dünyanı insan basardır. (Atalar sözü).
9. Bir şeyin çoxluğunu, sıxlığını, geniş sahə tutduğunu, yayıldığını bildirir; örtmək. □ Bağçanı kol-kos basıbdır. Pambığı alaq basıbdır. Sahili su basmışdır. Saqqal basmaq. Tər basmaq.
10. Məcazi mənada: boğmaq, cəbr etmək, zülm etmək, sıxışdırmaq. □ Basılanı əzməzlər. (Atalar sözü).
11. Ansızın hücum etmək, üstünü almaq, üzərinə atılmaq. □ Çar polisləri tətilçilərin evlərini basırdılar.
12. Ağırlıq göstərmək, ağırlıqdan əyilmək. □ Tərəzinin bir gözü basır, düzəldin.
13. Vurmaq, qoymaq. □ Möhür basmaq. Damğa basmaq. Naxış basmaq.
14. Örtmək, qapamaq. □ Qapını basmaq. Pəncərəni bas, toz gəlməsin.
15. Özünü tərifləmək, öymək, goplamaq (çox vaxt tərkiblərdə işlənir). □ Görün yenə nə özündən basır. Basıb bağlamaq.
16. Mayalandırmaq (heyvanlar haqqında).
17. Tutmaq; aramsız, dalbadal atmaq, üzərinə yağdırmaq. □ Daşa basmaq. Gülləyə basmaq.
18. İtələmək, kənara çəkmək. □ Arabanı irəli bas. Stolu bir az dala bas. Kitabları yana bas ki, yer açılsın.
19. Yırtmaq, dağıtmaq, parçalamaq, öldürmək. □ Arxalı köpək qurd basar. (Atalar sözü).
20. Örtmək, keçmək, addamaq, aşmaq. □ Beş yaşına basmaq.
21. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir. □ Yuxu basmaq. Vahimə basmaq. Ayaq basmaq. Dildə basıb bağlayır, işə gələndə qorxusundan ağlayır. (Atalar sözü).
See also: