Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

basmaq1

Qalib gəlmək, məğlub etmək. (“Koroğlu” dastanının lüğəti)

Adımı neynirsən? Basmısan, kəs!  (“Koroğlunun Dərbənd səfəri”)

                                                  *

Koroğlu dedi:

– İgid, bu dəfə basdım, kəsəcəyəm. (“Koroğlunun Dərbənd səfəri”)

basmaq2

Mayalamaq, mayalandırmaq (heyvanlar haqqında). (“Koroğlu” dastanının lüğəti)

Bir gün ilxıçılardan biri Mirzəyə xəbər gətirdi ki, Ceyhun çayından bir at çıxıb iki madyana basıb, sonra qayıdıb suya giriblər. (Paris nüsxəsi, 1-ci məclis)

Azərbaycan dastanlarının leksikası