Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

baxış [baxış] isim

1. Baxmaq tərzi, gözlərin ifadəsi; göz, nəzər. □ Kədərli baxış. Sevgi dolu baxışlar. Qəribi baxışından tanıyırlar. (Atalar sözü).
2. Məcazi mənada: görüş, fikir, mülahizə, nöqteyi-nəzər. □ İctimai-siyasi baxışlar. Meşşancasına baxış.
3. İctimai yoxlama, təntənəli surətdə gözdən keçirmə, tanış olma. □ Bakı şəhərində tikiləcək binalar üçün hazırlanmış layihələrin ictimai baxışı və müzakirəsi təşkil edilmişdir.
Qeyd: ...baxışlı. Adətən başqa sözə qoşularaq, tərkib halında mürəkkəb sifət kimi işlənilir; məsələn, ceyranbaxışlı, ahubaxışlı, maralbaxışlı və s.

See also:

frazeologizm: baxış bucağı zərf: ilk baxışda zərf: ilk baxışdan jurnalistika: ictimai baxış Azərbaycan dilinin izahlı lüğəti