Reklam
Reklam

Etimologiya lüğəti

bayqu

Gödək və əyri dimdiyi, uzun caynaqları olan ov quşudur. Mənbələrdə piğu, bəyğu, bayğu formalarında yazılıb. Hərfi mənası “bəy quşu” deməkdir. Farslarda şahin adlanan quşların ümumi adı bizdə bəyquşu olub. Şahin “şaha layiq quş” demək olduğu kimi, bayqu da “bəyə layiq quş” anlamını əks etdirib. Sinonim söz­lər­dir, lakin alınma söz öz sözümüzü sıxışdıra bilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti