1. İri gözlü, girdə başlı, çirkin səsli, qarmaqburun, yırtıcı gecə quşu. □ Bayquş xərabəlik, qurd dumanlıq sevər. (Atalar sözü)
2. Mənhusluq, uğursuzluq simvolu kimi. □ Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər. (M.Hüseyn)
3. Məcazi mənada: cəmiyyət sevməyən, insanlardan qaçıb təkcə yaşayan adam haqqında. □ O lap bayquşdur, adam arasında görünmür. Bayquş kimi həyat keçirmək.
See also: