Həyat həqiqətləri, mühakimə və duyğuların xəyalda canlandırılması və yenidən yaşanması əsasında bədii obrazlar yaratmaq bacarığı.
B.T. sənətkarın fərdi dünyagörüşü və istedadı ilə bağlı olub estetik dəyərlərin yaradılmasında xüsusi rol oynayır. Belə ki, romantik sənətkarla realist sənətkarın B.T.-ü bir-birindən fərqlənir. B.T. yaradıcılıq prosesinin bütün mərhələləri (gerçəkliyin qavranılması, mövzu və ideya, məzmun və forma, xarakter və obrazlar, əsər üzərində iş və s.) üçün səciyyəvidir. Bədii surətlər yaratmaq, fikri obrazlı və bədii dillə ifadə edə bilmək bacarığı sənətkarın B.T. imkanlarından çox asılıdır. Gerçəkliyin dərindən dərk edilməsi, qabaqcıl dünyagörüşü, zəngin şəxsi təcrübə B.T.-ün inkişafına kömək edir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti