Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

begemot

Məməlilər sinfi cütdırnaqlılar dəstəsindən növ.

“Hippopotam” adı ilə də tanınır. Hazırda yalnız Mərkəzi və Şərqi Afrikada rast gəlmək olar. Erkəklərin çəkisi 3-3,2 tona, uzunluğu 4-4,2 m-ə, yerdən kürəklərinin üstünə qədər olan hündürlük isə 1,65 m-ə çatır. B.-lar bol bitkili sahilləri olan çox dərin olmayan su hövzələrində yaşayırlar.

Biologiya terminlərinin izahlı lüğəti