bahlul ayıq, tez başa düşən, təlxək, oyunbaz, hoqqabaz mənasındadır. Bəhlul kişi adı sözün ayıq, dərk edən mənaları ilə əlaqədar olub, çox bilikli anlamlarını ifadə edir.
Lətifə qəhrəmanı Bahlul Dananda (bilici, uzaqgörən) də tez başa düşən, bir qədər də oyunbaz, hazırcavab olmuşdur. Bəzi mənbələr Bəhlul Danəndənin xəlifə HarunərRəşidin qardaşı olduğunu da göstərirlər. Güya müxtəlif səbəblərdən özünü hətta dəliliyə də vurmuşdur. Adın hoqqabaz, oyunbaz mənası da bununla əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti