Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

belə1 [belə] əvəzlik

1. Bu cür, bu təhər, bu kimi, bu sayaq. □ Belə işlərə yol vermək olmaz. Əziziyəm, gülə naz; Bülbül edər gülə naz; Dağıl belə zamana; Ağlayan çox, gülən az. (Bayatı).

2. Bu qədər, bunca. □ Belə gec niyə gəldin?
3. Bu boyda, bu yekəlikdə. □ Belə ağacın başına qalxmaq çətindir.
4. Bu tərəfə, bu yana, o tərəfə, o yana. □ Bir-birimizdən ayrıldıq, mən belə gəldim, o belə getdi.
5. “Bundan”, “bu gündən” sözləri ilə bərabər işlənərək bundan sonra, bundan etibarən, başlayaraq mənalarını ifadə edir. □ Bundan belə mən sizə gəlməyəcəyəm.
6. Bu cür adamlar. □ Belələrinə söz kar eləmir. (M.Hüseyn).
7. “Ki” bağlayıcısı ilə birlikdə işlədilərək “buna görə də” mənasında nəticə bildirən qovuşuq cümlələri birləşdirmək funksiyası daşıyır. □ Müzakirəyə qoyulmuş məsələlər yaxşı həll olundu, belə ki, hamı razı qaldı.

belə2 [belə] ədat

Sözü, fikri qüvvətləndirmək üçün işlədilir. □ Firidun sual belə vermədən xarabaya girdi. (M.İbrahimov).

See also:

frazeologizm: Ağanəzərəm, belə gəzərəm frazeologizm: ağlına belə gəlməzdi frazeologizm: ağlına belə gətirmə frazeologizm: bağ belə, bostan belə frazeologizm: bir dırnağına belə dəyməz frazeologizm: dırnağına belə dəyməz frazeologizm: sükanı belə saxla Azərbaycan dilinin izahlı lüğəti