Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏNANYAR ərəb.

banan/benan və mürəkkəb adların tərkibində işlənən fars. yar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Bənan sözü dilimizdə çox gözəl, cəzb edən, diqqətçəkən, diqqəti cəlb edən mənasındadır.

Bənan Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olsa da, Türkiyədə və türk dünyasında Benan geniş yayılmış kişi adlarındandır. Əminliklə demək olar ki, Azərbaycanda bu gün Bənan adına rast gəlinmir. Mürəkkəb adların tərkibində işlənən yar (bax: YAR) komponenti ilə birləşmiş biçimdə, Bənanyar biçimində yaşlı nəsil arasında çox nadir hallarda rast gəlinir. Lakin dilimizdə Bənanyarlı, Bənanyarski kimi soyadların kifayət qədər olması məişətimizdə adın keçən əsrin əvvəllərində geniş yayıldığına dəlalət edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti