Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bərə1

1. Ov gözlənən yer, pusqu, marıq.

2. Çıxacaq yer, yol, aralıq.

Şirtək bərələrdə yatdı,

Atasıynan güştü tutdu.

Cavan getdi, qana batdı,

Söhrab nalan dünya, səndən.

                        (“Fərhad və Şirin”)

bərə2

Bağ və bostanların arasında qoyulan çığır, ara, sərhəd, açıq yer, mərz.

Sandıq su ilə gedərək İstambulda Şıx Nəsir adlı bir şəxsin bağının bərəsinin ağzında durdu. Bağbançı suyun kəsildiyini görcək bayıra çıxıb gördü ki, bir sandıq bərənin deşiyini kəsib, amma üstündə də bir nəfər oturmuşdur. (“Mahmud-Niyar xanım”)

Azərbaycan dastanlarının leksikası