Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bərə1

Göyçay

Sahilə yaxın dayaz yer.  Gəmini bərədən aparıblar.

bərə2

Lənkəran, Kürdəmir

Bağ və ya bostanların arasından gedən cığır.

bərə3

Bakı, Füzuli, Göyçay, İmişli, Quba, Ucar

Kiçik arx. □ Adə, bəsdü dayi, bərəni bağla, püştəni su apardı (Bakı); Bağa gedən arxa bərə deyirik (Göyçay); Bü:n bərəni qazıb qutardım (Ucar).

bərə4

Qarakilsə, Qazax, Şəki, Tovuz

1. Su arxının keçməsi üçün çəpərin altında düzəldilmiş yer, deşik. □ Su no:rraşifdi, bərədən keşmiyi (Şəki).

2. Arxda ləkə su buraxılan yer.

3. Çəpərin keçid yeri (Şəki).

4. Qoyunları sağmaq üçün düzəldilən yer, keçid (Qarakilsə, Qazax, Tovuz). □ Qoyun bərədən gəler (Qazax); Qoyunu bərəyə verin, sağırıx (Qarakilsə).

bərə5

İsmayıllı

Dərin olmayan yara. □ Ağlama, uşağ döysən, balaca bərədi.

See also:

Azərbaycan dilinin dialektoloji lüğəti