Reklam
Reklam

Etimologiya lüğəti

beşik

Bir vaxtlar qohumlara bağır, evlənmə xətti ilə olan qohumlara “böşük” de­yiblər. Qarşılıqlı qız alıb –verərək qohum olanlar isə bağır –böşük adlanıb. Beşik “yüyrüyə” deyilir. Deməli, kəbinin nəticəsi kimi uşaq meydana gəlib və onun bəsləndiyi yerə, əşyaya da beşik adı verilib. Beşik kəlməsini bəsləmək feili də bağlamaq mümkündür: beşik –“uşağın bəsləndiyi yer” deməkdir. Qayğı mənasını əks etdirən buşuş, buşmək, bışmaq sözləri də mövcud olub. Kəbin qohumluğu, yəni qudalıq qədimdə çox müqəddəs hesab olunub (elə qudaqutlu sözləri də eyni kökə malikdir). Ona görə də oğlan və qohumlarının qarşılıqlı qayğısı buşuş adlanıb, beşiklə, nəvə ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti