Reklam
Reklam

Məsəllər, deyimlər

BƏXT (TALE) ULDUZU

Bəxtin gətirməyini, murada çatmağın rəmzini bildirmək üçün işlədilən ifadə.

İfadə qədim xalqların insan taleyi ilə göy cisimləri arasında müəyyən bağlılığın olması haqqında yanlış təsəvvürlərindən qaynaqlanaraq yayılmışdır.

Qәdimdә vә orta әsrlәrdә Şәrqdə (sonralar isә Qәrbi Avropada da) saxta nücum elmi mövcud olmuşdur. Bu elmin təmsilçiləri olan münәccimlәr sәma cisimlәrinin (planet vә ulduzların) vәziyyətinә әsasәn fal açır vә insan taleyini әvvәlcәdәn xәbәr verirdilәr. «Hәr kәsin göydә bir ulduzu var» deyәn münәccimlәr insan doğulandan sәma cisimlәrinin vәziyyәtini göstәrən xüsusi cәdvәllәr tuturdular. Bu cәdvәllәr vasitәsilә adamların vә bir sıra hadisәlәrin gәlәcәyini guya müәyyən edә bilirdilәr.

Bu ifadә, habelә «ulduzu sönmәk», «ulduzu parlamaq», «ulduzu barışmaq», «uğurlu ulduz altında doğulmaq» vә bu kimi ifadәlәr bununla әlaqәdar yaranmışdır. İnsan taleyini qabaqcadan xәbәr vermәk üçün münәccimlәr ulduzların hәrәkətini diqqәtlә öyrənmәli idilәr. Hətta bir sıra mәşhur alimlәr dә (mәsәlən: XVI әsrdә Kepler, Tixo Braqe vә b.) bu «elmlә» məşğul olmuşlar.

Məsəllər, deyimlər