Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏXTİYAR fars.

baxtiyar (əslində baxteyar) sözü xoşbəxt, başqa sözlə, bəxti yar olan, ağgün (insan) mənasındadır.

Adın tərkib hissələri olan bəxt və yar dilimizdə həddən artıq çox işlənir. Bəxtiyar kişi adı xoşbəxt, bəxti gətirən mənasındadır. Onu da qeyd etmək yerinə düşərdi ki, Bəxtiyar şəxs adı İranda həm azərbaycanlılar, həm də farslar arasında kifayət qədər rast gəlinən adlardandır. Məişətimizdə Bəxtiyarla eyni məzmunlu adlar kifayət qədərdir. Məsələn, Bəxtəvər (bax: ad – BƏXTƏVƏR), Xoşbəxt (bax: ad – XOŞBƏXT) və s. Bəxtiyar şəxs adı bu gün də məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcıları arasında şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycanın Xalq Şairi, professor, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, ictimai xadim, türk dünyasının sevilən sənətkarı Bəxtiyar Vahabzadənin (19252009) adını fəxrlə çəkmək olar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti