►Hər hansı işdə kiminsə öz üzərinə hədsiz çox vəzifə götürdüyünü, öz rolunu qabartmaq üçün bir adamın bir neçə vəzifə icra etdiyini bildirən ifadə.
Dilimizə ruscadan keçmiş bu ifadə teatrda aktyorun monotamaşalarda birdəfəyə bir neçə rolu ifa etməsi təcrübəsindən qaynaqlanır.
İlk monotamaşalar XX əsrin 20-ci illərində ideologiyanın müəyyən çərçivəyə saldığı sovet teatrında mövcud olmuşdur. Hətta 1927-ci ildə qeyri-rəsmi adı «Sovremennik» olan ayrıca bir teatr da fəaliyyət göstərmişdir. Həmin teatrın truppası cəmi bir aktyordan ibarət idi. Monotamaşa janrının əsasını məşhur rus aktyoru və rejissoru Vladimir Yaxontov (1899–1945) qoymuşdu.
«Bir aktyorun teatrı» ifadəsi məcazi mənada bir müəssisə və ya təşkilatın uğurlu fəaliyyət göstərməsinin bir adamdan asılı olduğunu vurğulamaq üçün də işlədilir.
Məsəllər, deyimlər