Dilimizdə -gə şəkilçisi feillərdən isim düzəldir (süpür –gə və s.). Bəs bir sayına artırılmış –gə nə şəkilçisidir? Bu sözün mənbələrdə birgər forması da qeydə alınıb. Dialektlərdə birgə əvəzinə birədi sözü də işlədilir. Sözün əsli mürəkkəb olub: birəiki. İnkişaf prosesində söz birgə formasını kəsb edib. Deməli, buradakı –gə şəkilçisi iki sözün zəminində (kontaminasiya yolu ilə) əmələ gəlib. Başqa bir yozum: əsli birik (mək) feili və -ə feili bağlama şəkilçisindən əmələ gəlib: gör-ə, de-yə qoşmalarının qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti