►Bir şeyi (xəbəri, malı və s.-ni) vasitəçi olmadan, birbaşa, əsas mənbədən, orijinaldan almağın vacibliyini bildirən ifadə.
İfadə ticarətlə, sövdələşmə, alış-verişlə bağlı meydana gəlmişdir.
Adətən, ticarət sahəsində əldən-ələ keçən mallar bahalaşır və keyfiyyətini qismən itirirdi. Ona görə də əsl ticarətçilər, elə alıcılar da vasitəçilərdən deyil, əsl istehsalçıdan alınan mallara üstünlük verirdilər. Belə yanaşma həm yeni əlaqələrin, həm də yeni iqtisadi münasibətlərin yaranmasına gətirib çıxarırdı. Müxtəlif fərziyyələrə görə, «birinci əldən» ifadəsi fransız dilindən alman dilinə keçmiş, daha sonra ingilis dili vasitəsilə geniş yayılmışdır.
Biznes fəaliyyətinin genişləndiyi bizim günlərdə də alış-verişlə məşğul olanlar arasında «birinci əldən» ifadəsi tez-tez işlənir.
Məsəllər, deyimlər